İranda F-14 qırıcısı qəzaya uğrayıb - VİDEO

İranda F-14 qırıcısı qəzaya uğrayıb - VİDEO
DÜNYA
18:33 18.06.2022
252
İran Hərbi Hava Qüvvələrinə məxsus F-14 qırıcı təyyarəsi İsfahan şəhəri yaxınlığında qəzaya uğrayıb. Pilot və köməkçisi hadisədən yaralanıblar.

Bu barədə ordunun İsfahandakı ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rəsul Motəmədi bəyan edib.

Onun sözlərinə görə, səhər saatlarında baş verən qəzaya səbəb mühərrikdəki texniki nasazlıq olub. Pilot və köməkçisi vaxtında katapult edə biliblər, ancaq eniş zamanı yaralanıblar. Zərərçəkənlər hazırda "Əl-Zəhra” xəstəxanasına yerləşdiriliblər.

OXŞAR XƏBƏRLƏR