İranda gənc qadının polis nəzarətinə götürüldükdən sonra həyatını itirməsindən sonra başlayan etirazlara görə, edam cəzasına məhkum edilən 6 nəfərdən bəzilərinin Ali Məhkəmə tərəfindən təsdiqləndiyi və tezliklə edam ediləcəyi bildirilib.
AZXEBER.COM İranın "Şark” qəzetinə istinadən xəbər verir ki, Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei etirazlarla əlaqədar həbs olunan bəzi etirazçıların məhkəmə prosesinin qısa müddətdə yekunlaşdığını bildirib. Ejei bu çərçivədə nümayişlər zamanı "terror, qətl, ictimai asayişi pozmaq” kimi ittihamlarla mühakimə olunanların edam və ya uzun müddətli həbs cəzasına məhkum edildiyini açıqlayıb.
Qeyd edək ki, İranda kütləvi etirazlar sentyabrın 13-də Tehranda əxlaq polisləri tərəfindən saxlanıldıqdan sonra öldürülən 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.
Ayşən