İranın Tehran və Kərəc əyalətlərinin rayonlarında gecə saatlarında hakimiyyətə qarşı şüarlar səslənib, rejimin təbliğat posterləri, plakatları cırılıb.
Məlumatı "RadioFarda” yayıb.
Məlumata görə, Tehran şəhəri və əyalətin Narmak, Şəhrək-Baqeri, Sadeqiyyə və Şəhran, Kərəcin rayonlarında hakimiyyət qarşı etiraz aksiyaları keçirilib, "Xamaneiyə ölüm!”, "Diktatora ölüm!” şüarları səslənib. Sakinlər yaşadıqları evlərin eyvanlarından da bu şüarları söyləyiblər.
Bildirilib ki, Məşhəd, Rəşt və Həmədan şəhərlərində isə divarlara hakimiyyətə qarşı rəsmlər çəkilib, şüarlar yazılıb, rejimin qəbliğat vəsaitləri məhv edilib.