İranda gənc müğənniyə şallaq cəzası verildi

İranda gənc müğənniyə şallaq cəzası verildi
DÜNYA
16:51 18.06.2026
367
İranda müğənni Pərəstu Əhmədi və onun təşkil etdiyi "Karvansara” adlı virtual konsertin səkkiz iştirakçısı məhkəmə tərəfindən ağır cəzalara məhkum ediliblər.

Bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.

Qum əyalətinin Cinayət Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxslərə 74 şallaq zərbəsi, iki il ölkədən çıxış qadağası və iki il sənət fəaliyyəti ilə məşğul olmaq qadağası tətbiq olunub.

Məhkəmə onları "virtual məkanda əxlaqa zidd və qeyri-etik məzmun hazırlayıb yaymaqla ictimai iffəti zədələmək”də təqsirli bilib.

"Karvansara” adlı virtual konsertin videosu 2024-cü ilin dekabrında Pərəstu Əhmədinin Yutub kanalında yayımlanmış və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.
OXŞAR XƏBƏRLƏR