İranın Lorestan vilayətinin Durud şəhərində güclü yanğın baş verib.
Bu barədə IRNA məlumat yayıb.
Durud yanğınsöndürmə rəisi bildirib ki, Göhər Neft Emalı Şirkətində baş verən yanğının ölçüsü çox böyükdür və yanğının söndürülməsi istiqəmətində işlər hələ də davam edir.
Ətraf şəhərlərdən 16 yanğınsöndürən maşın hadisə yerinə cəlb olunub.
İndiyə olan məlumata görə, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.