İranda güclü zəlzələ baş verdi

İranda güclü zəlzələ baş verdi
DÜNYA
11:33 18.04.2021
1192
İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR