İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.
AZXEBER.COM Tesnim Xəbər Agentliyinə istinadən xəbər verir ki, Şimali Xorasan Böhran İdarəetmə Meneceri Qulam Rıza Şefik mövzu ilə bağlı məlumat verib.
O bildirib ki, "300 mikroqram/kubmetri keçən hava çirkliliyi səbəbiylə bu gün saat 10:00-dan sonra Bojnurdda dövlət qurumlarının fəaliyyəti dayandırıldı".
Rezevi Xorasan Ətraf Mühitin Mühafizəsi üzrə Meneceri Mehdi Divinepur bildirib ki, toz fırtınası səbəbindən Məşhəddə hava çirkliliyi 236 mikroqram/kubmetr səviyyəsindədir.
İran rəsmisi xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.
Mikayıl