İlkin onu qınayanlara cavab verdi

MAQAZİN
16:10 20.01.2025
314

"Və gözlənilən şərhlər yağdı: "Dostunu nə tez unutdun?”, "O qədər yaxın idi, indi necə gülə bilirsən?” və s. Bütün şərhlərinizi oxudum, normalda belə hallarda şərh bölümünü bağlayırlar, amma mən etmədim, tənqidə hər zaman açıq olmuşam”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri aparıcı İlkin Həsəni instaqramda yazıb.
 
O, Cem Yılmazla Bakı konsertindən sonra çəkilən fotosuna mənfi şərh bildirənlərə cavab verib:

"Dostumu əsla unutmadım, həyat isə mənim dayanmamağımı tələb edir. İnsan sevdiklərini itirdikcə, bir tərəfdən özü də kiçilir, yox olur. Amma həmin sevdiklərinin xatirəsi ilə yaşamaq bir növ borca çevrilir. İnsanın ayağa qalxması, addım atması, gülməsi unudulma demək deyil. Bu, sadəcə, o itki ilə barışmaq cəhdidir. Nə qədər qısa və hər anın nə qədər qiymətli olduğunu. 

Məncə, dostum mənim göz yaşlarımı yox, gücümü, gülümsəməmi görmək istərdi. Bilin ki, kimisə unutmamaq üçün onu hər an matəm kimi yaşamaq da məcbur deyil. Həyat davam edir, çünki həyat dayanmır. Bu paylaşım da, Cem də, tədbir də, həyatın özü də onun xatirəsinə əlavə etdiyim yeni bir parça kimidir. Axı paylaşımda da qeyd etmişdim ki, bəzən həyatın qayğıları arasında belə anlar insanın ruhunu yenidən doğurur. Bəlkə də siz hər şeyin gözlə görünən tərəfinə baxırsınız. Amma əmin olun, qəlbinizi dinləsəniz, hər birimizin içində keçməyən yaraların izlərini görə bilərsiniz. Bu, mənim gerçəkliyimdir və bu gerçəklikdə 40 gün 40 gecə yas saxlamaq standartları yoxdur. Siz eləsinizsə heç kimi elə olmağa məcbur edə bilməzsiniz. Xahiş edirəm, imkan verin, dostumun ruhunu şad edim. Sevgi ilə qalın!”.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir