İranda helikopter qəzaya uğrayıb

İranda helikopter qəzaya uğrayıb
DÜNYA
21:53 03.10.2025
133
İranda helikopter qəzaya uğrayıb.

Bu barədə Qızıl Aypara Təşkilatının Luristan əyaləti üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.

Qeyd olunur ki, helikopter Oştorankuhdakı dağlıq ərazidə 4 000 metr yüksəklikdə itkin düşən qadının axtarışı və xilas edilməsi üçün göndərilib.

Göyərtəsində səkkiz nəfərin olduğu helikopter 2 800 metr hündürlükdə qəzaya uğrayıb.

Hazırda bölgəyə Luristandan altı əməliyyat qrupu göndərilib, axtarışlar davam edir.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR