İranda Məhsa Əmininin qətlindən sonra başlayan etirazlardan sonra məcburi hicab tətbiqi ilə bağlı yeni qərar müzakirə edilib.
AZXEBER.COM xəbər verir ki, İranın Baş prokuroru Məhəmməd Cafer Müntəzerinin son bir neçə gündə verdiyi açıqlamanın əksinə olaraq, parlamentin deputatı Rəfsəncan Hüseyn Cəlali hicabın ləğv edilməsinin mümkün olmadığını bildirib.
"Bizim hicab qaydasından əl çəkməyimiz mümkün deyil. Bu qərardan əl çəkməyimiz o deməkdir ki, biz İslam Respublikasından imtina edirik",- o açıqlamasında deyib.
Qeyd edək ki, İranda Məhsa Əmininin qətlindən sonra başlayan etirazlar 3 aydır ki, ölkə daxilində davam edir.
Ayşən