İranda hicaba qarşı etirazlar davam edir

İranda hicaba qarşı etirazlar davam edir
DÜNYA
15:00 21.10.2022
204
İranda etirazlar davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Təbrizdə məcburi hicaba qarşı çıxmaq üçün başı açıq gəzən 3 qadını təhlükəsizlik qüvvələrinin saxlamağa cəhdi axşam saatlarında nümayişlərə səbəb olub.

Təbrizin Qapalı bazarı yaxınlığında toplaşan izdiham rejim əleyhinə şüarlar səsləndirərək nəqliyyatın hərəkətini bağlayıb.

Bildirilib ki, hadisələr zamanı mülki geyimli polislə nümayişçilər arasında toqquşma olub, yolda hərəkət edən avtomobil sürücüləri siqnal siqnalı ilə nümayişçilərə dəstək verib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR