İranda iki avtomobil toqquşdu: 5 ölü, 11 yaralı

İranda iki avtomobil toqquşdu: 5 ölü, 11 yaralı
DÜNYA
19:24 16.03.2022
304
Bu gün səhər saatlarında İranın cənubunda yerləşən Fars vilayətində iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu İranın Fars vilayəti Qırmızı Aypara Cəmiyyəti idarəsinin direktor müavini Mehdi Xubyar deyib.

M.Xubyarın sözlərinə görə, həmçinin qəza nəticəsində 11 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR