İranda iki banka kiberhücum olub

İranda iki banka kiberhücum olub
15:54 18.06.2025
289
İranın iki bankına kiberhhücum olub.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hökumət sözçüsü Mühacerani ölkədə baş verən son hadisələrlə bağlı mətbuata açıqlama verib.

Muhacerani ölkənin çökmüş bank sistemi ilə bağlı verdiyi açıqlamada Sepah və Pasargad banklarının kiber hücumlara məruz qaldığını və sözügedən hücumun məlumat sızması məqsədi daşımadığını, bank əməliyyatlarının pozulması ilə əlaqədar olduğunu bildirib.

Muhacerani bank müştərilərinin məlumat təhlükəsizliyi ilə bağlı narahatlığa ehtiyacı olmadığını və bu məsələ ilə mütəxəssislərin məşğul olduğunu və bu problemin qısa zamanda həll ediləcəyini bildirib.

Mühacerani İrandakı internet problemlərinə də toxunaraq, ölkədə internetin ləngiməsinin səbəbinin kiberhücumlar olduğunu ifadə edərək, "Fövqəladə bir vəziyyət olmadıqca milli internetə keçməyəcəyik” dedi.

Mühaceraninin açıqlamaları dünən həyata keçirildiyi iddia edilən kiberhücumları təsdiqləyib.

İsraillə əlaqələri olduğu deyilən "Qonjeshke Darande” adlı haker qrupu İranın kriptovalyuta birjası Nobitex-ə kiberhücum etdiyini və "Sepah” adlı bankı sındırdığını iddia edib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR