İranda impiçment olunan nazirin yerinə təyinat

İranda impiçment olunan nazirin yerinə təyinat
DÜNYA
18:52 13.06.2023
165
Abbas Əliabadi İranın sənaye, mədən və ticarət naziri təyin edilib.

İran İslam Şurası Məclisinin (parlament) bu gün keçirilən iclasında deputatlar Abbas Əliabadinin nazir vəzifəsinə təyin edilməsinə etimad göstəriblər.

Prezident İbrahim Rəisinin nazirlə bağlı sərəncam imzalaması gözlənilir.

Qeyd edək ki, sabiq nazir Seyid Reza Fatemi Əmin aprel ayında parlament tərəfindən impiçment olunmuşdu. O, vəzifəli şəxslərə və deputatlara bahalı avtomobillər hədiyyə etməkdə ittiham olunurdu.
OXŞAR XƏBƏRLƏR