İranda İsraillə əməkdaşlıqda təqsirli bilinən siyasi məhbusa ölüm hökmü verilib

İranda İsraillə əməkdaşlıqda təqsirli bilinən siyasi məhbusa ölüm hökmü verilib
12:40 07.12.2024
232
İranda siyasi məhbus Məhəmmədəmin Məhdəvi Şayeste İsraillə əməkdaşlıq etməkdə təqsirli bilinərək barəsində edam hökmü çıxarılıb.

Məlumatı "ir.voanews.com” yayıb.

Bildirilib ki, 26 yaşlı siyasi məhbus 2023-cü ilin payızında həbs edilib. Məlumata görə, o, Tehrandakı Evin həbsxanasında istintaq zamanı İslam respublikasının təhlükəsizlik qurumları tərəfindən işgəncəyə və təzyiqlərə məruz qalıb.

İnformasiyaya əsasən, o, bir sıra məsələlər üzrə, o cümlədən "islam müqəddəslərini təhqir etməkdə”, başlıcası, "sülh və təhlükəsizliyə qarşı İsraillə əməkdaşlıqda” ittiham olunub.
 
///report
OXŞAR XƏBƏRLƏR