İranda yüksək temperatur səbəbi ilə iki günlük tətil elan edilib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi 2-3 avqustda ölkə ərazisində tətil elan edildiyini açıqlayıb.
İranın səhiyyə naziri Bəhram Eynullahi hökumətə təklif edib ki, havanın temperaturu 40 dərəcədən çox olan bölgələr həftə sonu tətil elan etsin. Təklif Nazirlər Şurası tərəfindən qəbul edilib.
Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda ölkənin bəzi şəhərlərdə havanın temperaturunun 51 dərəcəyə çatacağı təxmin edilir.
Şəbnəm