İranda jurnalistləri daşıyan avtobus qəzaya uğradı, ölən və xəsarət alanlar var

İranda jurnalistləri daşıyan avtobus qəzaya uğradı, ölən və xəsarət alanlar var
DÜNYA
21:28 23.06.2021
468
İranda jurnalistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 3 nəfər həlak olub, daha 21 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə IRIB teleradioyayım şirkəti məlumat yayıb.

Hadisənin təfərrüatı açıqlanmır. İranın Daxili İşlər Nazirliyinin nümayəndəsi Əli Rəbii və Səid Xatibzadə ölən və yaralananların doğmalarına başsağlığı verib.

Daha əvvəl ILNA agentliyi bildirib ki, hadisə Neqede şəhərində baş verib. Avtobus devrilərək aşıb. Avtobusda Urmiya gölünə baxış keçirmək üçün gedən ətraf müit məsələlərini işıqlandıran jurnalistlər olub.
OXŞAR XƏBƏRLƏR