İranda daha 183 nəfər koronavirusun qurbanı olub.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, İranda, ümumilikdə, 13 791 nəfər pandemiyanın qurbanı olub.
Son sutkada daha 2 379 nəfərdə koronavirus aşkarlanıb. Beləliklə, İranda yoluxma faktlarının ümumi sayı 269 440-a yüksəlib.
Məlumatda həmçinin 3 509 nəfərin ağır vəziyyətdə olduğu, 232 873 nəfərin isə sağaldığı vurğulanıb.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani ölkəsində koronavirusun ikinci dalğasının başladığını bildirib.