İranda koronavirusa yoluxanların sayı 71 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 71 mini keçdi
DÜNYA
14:31 12.04.2020
1393
İranda son sutkada daha 117 nəfər koronavirusdan ölüb.

Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 474-ə çatıb.

K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 657 nəfər artaraq 71 686-ya yüksəlib.

Bundan başqa, xəstəxanada müalicə alan 43 894 pasiyent sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR