İranda koronavirusdan ölənlərin sayı 101 mini ötüb

İranda koronavirusdan ölənlərin sayı 101 mini ötüb
DÜNYA
18:59 21.08.2021
1270
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 544 nəfər ölüb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.

Bununla da İranda koronavirusdan ölənlərin sayı 101 354 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 24 179 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə COVID-19-a yoluxanların sayı 4 640 695 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR