İranda koronavirusdan sağalanların sayı 100 mini keçib

DÜNYA
17:00 21.05.2020
659

İranda indiyədək 100 564 nəfər koronavirusdan (COVID-19) sağalıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ötən sutka ərzində 66 nəfər bu virus nəticəsində ölüb. Beləliklə İranda bu virus nəticəsində ölənlərin sayı 7 249 nəfərə çatıb.

Cahanpur əlavə edib ki, ötən 24 saat ərzində daha 2 392 nəfərin koronavirusa yoluxması öz təsdiqini tapıb. Ölkədə indiyədək 129 341 nəfər bu virusa yoluxub. Onlardan 2 655 nəfərin vəziyyəti ağırdır.

İranda koronavirusun diaqnozu ilə əlaqədar 746 mindən çox test həyata keçirilib.

 

Nazirlik rəsmisi ötən 24 saat ərzində 12 vilayətdə koronavirus nəticəsində ölüm halının qeydə alınmadığını, 6 vilayətin hər birində 1 ölüm halının qeydə alındığını deyib.

OXŞAR XƏBƏRLƏR