İranda kütləvi zəhərlənmə - 650 şagird xəstəxanaya yerləşdirildi

İranda kütləvi zəhərlənmə - 650 şagird xəstəxanaya yerləşdirildi
DÜNYA
14:13 28.02.2023
176
İranda 650 şagirdin zəhərləndiyi bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şagirdlərin məktəbə getməməsi üçün qəsdən zəhərləndiyi iddia edilib.

İranın Qum və Burucərd şəhərlərindəki məktəblərdə baş verən zəhərlənmədə şagirdlərin başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya aparıldığı, ölüm halının olmadığı bildirilib.

Hadisə ilə bağlı danışan İranın Səhiyyə naziri Bəhram Eynollahi bu cür açıqlama verib: "Görünür, bəzi insanlar bütün məktəblərin, xüsusilə də qız məktəblərinin bağlanmasını istəyir”.

Qeyd edək ki, ölkədə ilk zəhərlənmələr 2022-ci il noyabrın 30-da Qumdakı Nur Texniki Liseyindən 18 şagirdin xəstəxanaya yerləşdirildiyi zaman müşahidə edilib. O vaxtdan bəri əyalətdəki 10-dan çox qız məktəbində zəhərlənmə halları müşahidə olunmağa başlayıb. 

Aydın
OXŞAR XƏBƏRLƏR