İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI

İranda öldürülməsi planlaşdırılan şəxslər - SİYAHI
DÜNYA
11:06 10.03.2026
180
İsrailin "Kanal 14” telekanalı hazırda İranda aradan götürülməsi planlaşdırılan şəxslərin siyahısını yayıb.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, siyahıda yeni təyin olunmuş ali dini lideri Müctəba Xameneinin adı da yer alıb.

Bundan başqa, siyahıda İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, İran Məhkəmə Hakimiyyətinin başçısı Qulamhüseyn Möhsün Ejei, SEPAH-ın "Xatəm əl-Ənbiya” qərargahının komandanı Əli Abdullahi, İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf və SEPAH-ın baş komandanı Əhməd Vahidinin adı var.
 
Məlumata görə, bu şəxslər İsrail tərəfindən potensial hədəflər kimi göstərilib.
 

 


OXŞAR XƏBƏRLƏR