İranda ölən generalların adları açıqlanıb - SİYAHI

İranda ölən generalların adları açıqlanıb - SİYAHI
DÜNYA
00:57 02.03.2026
743
ABŞ və İsrailin hücumu nəticəsində ölən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb.

Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Ölən şəxslər arasında aşağıdakılar yer alır:

- general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri

- general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini

- general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini

- general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini

- general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri

- general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi

- general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri

Açıqlamada qeyd olunur ki, İran xalqı müqavimət və mövqeyindən geri çəkilməyəcək və ölkənin siyasi-dini xətti davam etdiriləcək.
OXŞAR XƏBƏRLƏR