ABŞ və İsrailin hücumu nəticəsində ölən bir sıra yüksək rütbəli hərbçilərin adları açıqlanıb. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Ölən şəxslər arasında aşağıdakılar yer alır: - general-mayor Məhəmməd Şirazi – Ali Baş Komandanın Ofisinin rəhbəri - general-mayor Saleh Əsədi – Silahlı Qüvvələrin Baş Qərargahının kəşfiyyat üzrə müavini - general-mayor, pilot Möhsün Dərəbaği – Silahlı Qüvvələrin təminat və logistika üzrə müavini - general-mayor Əkbər İbrahimzadə – Ali Baş Komandanın Ofisinin rəhbərinin müavini - general-mayor Qulamrza Rzaiyan – FARAJA (İranın hüquq-mühafizə orqanları) Kəşfiyyat Təşkilatının rəhbəri - general-mayor Bəhram Hüseyni Motləq – Baş Qərargahın əməliyyat idarəsinin planlaşdırma və əməliyyat şöbəsinin rəisi - general-mayor Həsənəli Tacik – Baş Qərargahın təminat idarəsinin rəhbəri Açıqlamada qeyd olunur ki, İran xalqı müqavimət və mövqeyindən geri çəkilməyəcək və ölkənin siyasi-dini xətti davam etdiriləcək.