İranda limandakı partlayışa görə iki nəfər saxlanılıb

İranda limandakı partlayışa görə iki nəfər saxlanılıb
DÜNYA
20:49 04.05.2025
166
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayışla bağlı iki nəfəri həbs edib.

Bu barədə SNN agentliyi məlumat yayıb.

"İstintaq zamanı bir neçə şübhəli şəxs müəyyən edilib. Nəticədə dövlət qulluqçusu kimi tanınan bir rəhbər və özəl şirkətdən bir menecer saxlanılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin 26-da Fars körfəzi sahillərində yerləşən dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib.

Partlayış nəticəsində təxminən 70 nəfər ölüb, 1200 nəfər isə xəsarət alıb.
 
/APA
OXŞAR XƏBƏRLƏR