İranda 10 İŞİD terrorçusu həbs edilib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İranın Təhlükəsizlik Nazirliyi açıqlayıb.
Bildirilir ki, Məhərrəmlik mərasimində iştirakçılar arasında bir neçə terror əməliyyatı keçirməyi planlaşdıran 10 təkfirçi İŞİD terrorçusu həbs edilib.
Əlavə məlumat verilməyib.