Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB - VİDEO

Sürücülər üçün pis xəbər: Avtomobil ehtiyat hissələri BAHALAŞIB - VİDEO
SOSİAL
01:09 17.03.2026
58
İranla ABŞ arasındakı hərbi münaqişə avtomobil ehtiyat hissələri bazarına da təsir edib.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, regiondakı gərginlik logistik çətinliklər yaratdığından xüsusən də Dubaydan Azərbaycana idxal edilən avtomobil ehtiyat hissələrinin qiyməti artıb. Sahibkasrların sözlərinə görə, xüsusilə Dubaydan Çin və Amerika istehsallı  avtomobillərin gövdə və alt işlək hissələrinə aid detalların tədarükündə çətinlik yaranıb. Bu isə bazarda həmin məhsulların azalmasına və qiymətlərin 50-150 manat civarında artmasına səbəb olub.

Sahibkarlar bildirirlər ki, Yaxın Şərqdə yaranan gərginlik səbəbindən ehtiyat hissələri ilə yüklənmiş gəmilərin hərəkətində ciddi problemlər yaranıb. Alternativ marşururutlar isə avtomatik qiymətə təsir edir.

Bundan başqa, birbaşa uçuşların dayanması da məhsulların ölkəyə gətirilməsini çətinləşdirib. Nəticədə detallar Azərbaycana digər ölkələr üzərindən daşınır ki, bu da əlavə xərc deməkdir.

Sahibkarlar bildirirlər ki, bazarda bəzi hissələrin qıtlığı davam edərsə, yaxın aylarda qiymətlərdə əlavə artım da mümkündür.

OXŞAR XƏBƏRLƏR