İranda neft emalı zavodunda yanğın olub

DÜNYA
19:57 26.12.2024
139
İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.

Məlumatı "Borna.news” yayıb.

Bildirilib ki, hadisə dekabrın 26-da baş verib.

Abadan neft emalı zavodunun əməliyyat meneceri Seyid Məhəmməd Taharinin sözlərinə görə, müəssisədə ötürücü və istehsal işləri tam gücü ilə fasiləsiz işləyir: "Yanğın heç bir problem yaratmayıb”.

Menecer qeyd edib ki, yanğın söndürülüb.

OXŞAR XƏBƏRLƏR