İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi

İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
DÜNYA
17:59 23.08.2026
178
İranda ölkənin enerji ehtiyatlarını əhəmiyyətli dərəcədə artıracaq yeni təbii qaz yatağı aşkarlanıb.

AZXEBER.COM "Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Möhsün Paknejad bildirib.

O, Fars vilayətinin cənubunda yerləşən yataqda 7,5 trilyon kub futdan çox təbii qaz ehtiyatının olduğunu açıqlayıb.
Məlumata görə, yataqdakı qazın təxminən 5,7 trilyon kub futunun hasil edilə biləcəyi hesablanır.

Paknejad kəşfin İranın milli enerji ehtiyatlarına ciddi töhfə verəcəyini və ölkənin gələcək illərdə enerji tələbatının qarşılanmasında mühüm rol oynayacağını bildirib.
Nazirin sözlərinə görə, yataqdan hasil edilə biləcək qazın həcmi Cənubi Pars yatağının bir fazasının təxminən 15 illik hasilatına bərabərdir.
Paknejad yataqda təbii qazla yanaşı, əhəmiyyətli həcmdə qaz kondensatı da aşkarlandığını bildirib.

Nazir yeni ehtiyatların ümumi dəyərinin İranın enerji aktivlərinə on milyardlarla dollar əlavə edə biləcəyini qeyd edib.
Yatağın mühüm üstünlüklərindən birinin qazın "şirin” olması olduğu vurğulanıb. Bu xüsusiyyətin qazın emalı və hasilatı ilə bağlı xərcləri azaltmağa imkan verəcəyi bildirilir.

İran Neft Nazirliyi yatağın işlənməsi ilə bağlı kəşfiyyat və hazırlıq işlərinə mümkün qədər tez başlamağı planlaşdırır. Hasil olunacaq qazın isə əsasən sənaye müəssisələri, elektrik stansiyaları və yüksək enerji istehlak edən digər sahələrə yönəldilməsi nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
19:00 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
18:53 23.08.2026
SEPAH: İranın ABŞ sanksiyalarına qarşı mübarizə ssenarisi mövcuddur
Manuel Noyer TARİX YAZDI
18:48 23.08.2026
Manuel Noyer TARİX YAZDI
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
18:44 23.08.2026
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununun hakimləri müəyyənləşdi
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
18:38 23.08.2026
İsmayıllıda minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
18:34 23.08.2026
Mirziyoyev Özbəkistan-Azərbaycan nəqliyyat dəhlizinin yaradılmasını təklif edib
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
18:28 23.08.2026
Mirziyoyev İlham Əliyevin Özbəkistana dövlət səfərinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
18:25 23.08.2026
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimləri baş tutub
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
18:20 23.08.2026
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
18:17 23.08.2026
İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana səfərə dəvət edib
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
18:09 23.08.2026
Hikmət Hacıyev Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universitetinin yeni binasından paylaşım edib - VİDEO
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
18:06 23.08.2026
Qazaxıstan Qurultayına seçkilərdə seçici fəallığı 72%-i ötüb
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
17:59 23.08.2026
İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
17:53 23.08.2026
El Nino güclənir: Son illərin ən güclü hava hadisələrindən biri ola bilər
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
17:47 23.08.2026
Zelenski Ukraynada seçki keçirilməsi ideyasını sərt tənqid edib
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır
17:42 23.08.2026
Şavkat Mirziyoyev: “İki ölkə – bir çempionat” proqramının hazırlanması lazımdır