İranda polis etirazçıları güllələdi

İranda polis etirazçıları güllələdi
DÜNYA
22:57 01.01.2026
168
İranın müxtəlif bölgələrində ağırlaşan iqtisadi vəziyyətə görə etirazlar davam edir.

AZXEBER.COM "Azad İran" "Telegram" kanalına istinadən xəbər ki, aksiyalar zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verir.

Belə ki, Fars əyalətinin Kəvar şəhərində polis etirazçılara atəş açıb.

Fuladşəhr və Lordeqan şəhərlərində isə etirazçılar təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülüblər. Öldürülənlərdən üçünün şəxsiyyəti müəyyən olunub.

Etirazçılardan 15 nəfəri həbs edilib.
OXŞAR XƏBƏRLƏR