İranın Sistan və Bəlucistan əyalətinin Sərəvan şəhərində "Ceyş əl-Ədl" qruplaşmasının üzvləri polis məntəqəsinə hücum ediblər.
AZXEBER.COM bu barədə Modern.az-a istinadla xəbər verir.
Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha bir zabit isə yaralanıb.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin cavab tədbirləri zamanı silahlılardan üçü zərərsizləşdirilib, ikisi isə saxlanılıb.