İranda polis zabiti öldürüldü

İranda polis zabiti öldürüldü
DÜNYA
19:47 11.04.2023
260
İranın Hormozqan əyalətinin Rudan şəhərində silahlı qarşıdurma baş verib.

Bu barədə "Azad İran” "Telegram” kanalı Rudan şəhər Polis İdarəsinin məlumatına istinadən xəbər yayıb.

Bildirilir ki, atışma zamanı polis mayoru Səid Muridi öldürülüb.

Məlumatda qeyd edilir ki, o, narkotik qaçaqmalçıları ilə silahlı atışma zamanı həlak olub.
OXŞAR XƏBƏRLƏR