İranda prezident seçkilərində ilk namizəd bəlli oldu

İranda prezident seçkilərində ilk namizəd bəlli oldu
DÜNYA
12:18 27.05.2024
167
İranın mərhum Prezidenti İbrahim Rəisinin vəfatından sonra iyunun 28-də keçiriləcək yeni prezident seçkilərində namizədliyini açıqlayan ilk ad keçmiş səhiyyə naziri, Təbrizin İran parlamentindəki millət vəkili Məsud Pezeşkian olub.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın "Fars” Xəbər Agentliyinin məlumatına görə, Məsud Pezeşkian prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayan ilk şəxs olub.

O, İbrahim Rəisinin vəfatından sonra iyunun 28-də keçirilməsinə qərar verilən 14-cü prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib. 

"Seçkilərdə iştirak etmək niyyətim ictimai fəallığı artırmaqdır”, - deyə o açıqlamasında bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR