İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.
AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası bildirib.
Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.
Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.