İranda PUA sınaq uçuşu zamanı şəhər meydanına düşdü - 2 nəfər yaralandı

İranda PUA sınaq uçuşu zamanı şəhər meydanına düşdü - 2 nəfər yaralandı
DÜNYA
18:48 18.09.2023
234
İranda sınaq uçuşu zamanı pilotsuz uçuş aparatı (PUA) Gülüstan əyalətinin Qorqan şəhər meydanına düşüb.
 
Bunu İran Müdafiə Nazirliyinin mətbuat katibi Məhəmmədrza Talainik bildirib.

Qeyd edilib ki, "Efendi” adlı sistemin sınağı keçirilib. Sistemdə baş verən nasazlıq səbəbindən aparat Qorqan şəhərində meydana düşüb.

Qeyri-rəsmi mənbələr isə bildirib ki, hadisə raket sınağı nəticəsində baş verib. Məlumata görə, sınaq zamanı raketin başlığı çıxıb. Başlıq təyin edilmiş yerə deyil, bir neçə hissəyə parçalanaraq Qorqan şəhərinə düşüb.

Hadisə nəticəsində iki nəfərin yaralandığı bildirilir. Qəza yerinə təcili tibbi yardım heyəti və istintaq qrupu cəlb edilib.
 
///report
OXŞAR XƏBƏRLƏR