İranda qadınların bu kimi qeyri-adi rəftarları rejimin basqıcı təzyiqləri ilə izah olunur.AZXEBER.COM xəbər verir ki, bizimyol-un məlumatına görə, Kirmanşahda baş verən hadisədən sonra, oxşar rəftar daha bir qadın tərəfindən təkrar olunub. Belə ki, təhlükəsizlik qüvvələri tərəfindən hicabsızlıq ittihamı ilə həbslə hədələnən qadın, qeyri-adi etiraz formasına əl atıb. O Şirazın Gülüstan şəhərciyində soyunub və çılpaq gəzib.
Keçmiş illərdə də təhlükəsizlik qüvvələrinin xüsusi təzyiqlərinə məruz qalan qadınlar buna bənzər rəftarlar göstəriblər.
Qeyd edək ki, İran prezidenti Həsən Ruhani təbliğat-təşviqat dönəmi qadınlara qarşı təhlükəsizlik qüvvələrinin təzyiqlərinin azalacağını bildirmişdir. Lakin H.Ruhani hakimiyyət başına gəldikdən sonra bu təzyiqlər nəinki azalmadı, hətta biraz da artdı, bu isə qadınların məyusluğuna səbəb olub.