İranda qadın işçilərə görə şirkət BAĞLANDI

İranda qadın işçilərə görə şirkət BAĞLANDI
DÜNYA
12:15 27.07.2023
166
İranda qadın işçilərin hicabsız fotoları yayımlandıqdan sonra elektron ticarət şirkəti bağlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın ən böyük elektron ticarət şirkətlərindən biri olan "Digikala” məcburi hicab taxmayan qadın işçilərinin fotolarını onlayn paylaşıb. 

Mübahisəli paylaşımdan sonra şirkətə qarşı məhkəmə prosesi başlayıb, ofisləri möhürlənib.

40 milyondan çox aktiv aylıq istifadəçisi və 300.000-dən çox alıcısı olan Digikala-nın ofisi möhürlənib, lakin vebsayt normal işləməyə davam edir. İranın məhkəmə sistemi də fotoşəkillərlə bağlı iş materiallarının olduğunu bildirib, lakin ətraflı məlumat verməyib.

Gülay
OXŞAR XƏBƏRLƏR