İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi

İranda qalmaqal: Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi
DÜNYA
21:24 29.10.2025
126
İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə qarşı məhkəmə işi açılıb.

AZXEBER.COM bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, Faizə Haşimiyə atasının daxili qüvvələr tərəfindən öldürülməsi ilə bağlı açıqlamasından sonra məhkəmədə hüquqi iş qaldırılıb.

Hökumətyönlü media onun səsləndirdiyi fikirləri "dəqiq olmayan məlumat" kimi qiymətləndirib və Faizə Haşimi izahat vermək üçün məhkəməyə çağırılıb.
OXŞAR XƏBƏRLƏR