İranda qum fırtınası: 2107 nəfər xəstəxanalıq oldu

İranda qum fırtınası: 2107 nəfər xəstəxanalıq oldu
DÜNYA
11:11 25.09.2023
170

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində son 5 gündə 2107 nəfər qum fırtınasının yaratdığı müxtəlif şikayətlərlə xəstəxanalara müraciət edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Sistan-Bəlucistan viayətinin fövqəladə hallar üzrə rəhbəri Məcid Muhibbi məlumat verib.

Onun sözlərinə görə, hazırda 136 nəfərin müalicəsi davam edir.

Sistan-Bəlucistan Meteorologiya İdarəsinin baş direktoru Muhsin Haydari havada tozun miqdarının artması səbəbindən görmə qabiliyyətinin 500 metrə qədər azaldığını bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR