İranda qum fırtınası nəticəsində 500-ə yaxın insan xəsarət alıb

İranda qum fırtınası nəticəsində 500-ə yaxın insan xəsarət alıb
DÜNYA
18:45 19.07.2023
213
İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində bir gündə ən azı 474 nəfər xəsarət alıb.

Bu barədə əyalətin böhran idarəsinin baş direktoru Məcid Mohebi məlumat verib.

M.Mohebi qeyd edib ki, xəstəxanalara müraciət edən hər bir şəxsə zəruri yardım göstərilib.

"Hazırda qum fırtınasından zərər çəkmiş 30 nəfər hələ də xəstəxanada müalicə alır”, - idarənin baş direktoru bildirib.
OXŞAR XƏBƏRLƏR