İranda saxlanılan avtobuslar Naxçıvana çatır

İranda saxlanılan avtobuslar Naxçıvana çatır
SOSİAL
22:47 20.07.2025
289
İran İslam Respublikasından keçən Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyətində problem aradan qaldırılıb.

AZXEBER.COM xəbər verir ki, avtobuslar müvəqqəti olaraq İranda saxlanılıb, lakin sonradan buraxılıblar.

Artıq avtobuslar Naxçıvana çatır.

AYNA-dan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılsa da, 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb. Artıq avtobuslar gömrük- keçid məntəqəsini keçərək marşrut üzrə hərəkətini davam etdirir.
Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır.
OXŞAR XƏBƏRLƏR