İranın Sistan və Bəlucistan əyalətində silah qaçaqmalçılığı ilə məşğul olan 4 dəstə zərərsizləşdirilib.
Bunu İranın Sistan və Bəlucistan əyalət polisi məlumat verib.
Bildirib ki, bu dəstələrdən "Kolt” və "Kalaşnikov” kimi 100-ə yaxın döyüş silahı və xeyli sayda patron aşkar edilib.
Dəstə üzvlərinin dindirilməsindən sonra məlum olub ki, həmin silahlar ölkə daxilində gərginlik yaratmaq məqsədi ilə İrana gətirilib.