​​​​​​​İranda son sutkada COVID-19-dan 49 nəfər ölüb

​​​​​​​İranda son sutkada COVID-19-dan 49 nəfər ölüb
DÜNYA
20:36 09.04.2022
333
İranda ötən sutka ərzində 49 nəfər koronavirusdan (COVID-19) ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 140 577 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1757 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7188749 nəfərə çatıb.
OXŞAR XƏBƏRLƏR