İranda sutka ərzində 284 nəfər koronavirusdan öldü

İranda sutka ərzində 284 nəfər koronavirusdan öldü
DÜNYA
16:29 10.12.2020
660
İranda ötən sutka ərzində 285 nəfər koronavirusdan (COVID-19) ölüb.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 51 496 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10 403 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 083 023 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 768 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 778 160 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 6,56 milyondan çox diaqnoz testi həyata keçirilib.

Nazirlik rəsmisi İranda 34 rayonun qırmızı, 260 rayonun narıncı və 154 rayonun sarı zona olduğunu deyib.

OXŞAR XƏBƏRLƏR