İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb

DÜNYA
00:48 09.09.2013
1068

İranda tanınmış azərbaycanlı fəal azadlığa çıxıb.APA-nın “Oyannews”a istinadən məlumatına görə, Həsən Ərk sentyabrın 7-də Təbriz şəhərinin mərkəzi həbsxanasından sərbəst buraxılıb. 2012-ci ilin dekabrın 9-da həbs edilmiş azərbaycanlı fəal 9 ay məhbəs həyatı yaşayıb. Ancaq bu müddət ərzində həbsxana rəsmilərinin məsuliyyətsizliyindən yalnız həbs cəzasının sonunda bir dəfə izn hüququndan istifadə edə bilib.

Qeyd edək ki, H. Ərk 2011-ci il avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində verilən iftar mərasimi zamanı Urmiya gölünün qurumasının qarşısının alınması yollarını müzakirə edərkən 28 azərbaycanlı fəalla birlikdə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Bir müddət sonra zəmanətlə müvəqqəti azadlığa buraxılan azərbaycanlı fəal bir il həbs cəzasına məhkum edilib.

Bundan əvvəl H. Ərk “GünAzTV”yə müsahibəsi zamanı İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə və ölkə polisinə böhtan atmaqda günahlandırılaraq 2012-ci ilin mart ayında Təbrizin Ümumi Cəza Məhkəməsi tərəfindən 50 zərbə şallaq cəzasına məhkum edilib. Təbriz şəhərinin mərkəzi həbsxanasında saxlanıldığı müddətdə həmin cəza icraya qoyulub. Lakin H. Ərkin səhhəti, yəni bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkməsi şallaq hökmünün yerinə yetirilməsinə mane olub. Euni zamanda azərbaycanlı fəal Yeni GAMOH üzvlərinə dəstək məqsədilə bir müddət aclıq aksiyası da keçirib. H. Ərk nəşrinə qadağa qoyulmuş “Şəms-e Təbriz” (“Təbrizin günəşi”) qəzetinin redaksiya heyətinin üzvü olub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu