İranda biri İŞİD üzvü olmaqda, digəri isə Mossad-a işləməkdə günahlandırılan iki nəfər edam edilib.
AZXEBER.COM İranın İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmə sistemindən yazılı açıqlama verilib.
Belə ki, edam hökmləri bu gün səhər icra olunub.
İŞİD üzvü olduğu iddia edilən Əsgərzadə Suriya və İraqda hərbi və ideoloji təlim keçməkdə, Suriyadakı toqquşmalarda iştirak etməkdə və İranda aksiyaya hazırlaşmaqda ittiham olunur.
Mossad-ın xeyrinə casusluq ittihamı ilə mühakimə olunan Ruzbeh Vadinin isə ölkənin vacib qurumlarından birində xidmət etdiyi və sosial media vasitəsilə əlaqə saxladığı Mossad agentləri ilə görüşdüyü bildirilir.
Mikayıl