İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq

İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
DÜNYA
16:56 10.09.2026
61
İranda yanacağa qənaət məqsədilə bir sıra dövlət obyektlərinin bağlanması planlaşdırılır.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian dövlətə məxsus konfrans zalları, üzgüçülük hovuzları və binaların böyük hissəsinin bağlanacağını və ya birləşdiriləcəyini açıqlayıb.

Pezeşkian bildirib ki, bu addım elektrik enerjisinin istehsalında istifadə olunan yanacağa qənaət etmək və enerji istehlakının səmərəliliyini artırmaq məqsədi daşıyır.

İran prezidenti həmçinin dövlət qurumlarının binalarında damüstü günəş panellərinin quraşdırılmasının genişləndirilməsinin gündəmdə olduğunu deyib.

O, enerji istehlakının azaldılması prosesində həm dövlət qurumlarının, həm də vətəndaşların üzərinə məsuliyyət düşdüyünü vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR