İranda yaşayış binasında partlayış baş verib, 21 nəfər yaralanıb

İranda yaşayış binasında partlayış baş verib, 21 nəfər yaralanıb
DÜNYA
19:45 22.03.2025
356
Tehranda yaşayış binasında partlayış baş verib.

Bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, üçmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində yanğınla müşahidə olunan partlayış baş verib.

Partlayış zamanı yaxınlıqdakı binalara və bir neçə maşına ziyan dəyib.
 
İndiyə olan məlumata görə, hadisə nəticəsində 21 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
 
 ///APA
OXŞAR XƏBƏRLƏR