İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var

İranda yaşayış binasında partlayış baş verib, ölən və yaralananlar var
DÜNYA
11:06 14.02.2026
337
İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.

Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.
 

OXŞAR XƏBƏRLƏR